Türkiyədə qeyri-adi ailə məzarlığı: Qayaları yonub özlərinə türbələr inşa etdiriblər - VİDEO

15 Sentyabr 2021 11:54

Türkiyənin Adıyaman bölgəsinin Kuyulu kəndinin ərazisində Roma imperiyası dövrünə aid, hər bir otağının fərqli memarlıq quruluşuna malik olan ailə məzarlığı tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, türbələr eramızdan əvvəl I əsrdə inşa etdirilib və bir ailənin 60-a yaxın üzvü orada dəfn edilib.

Qaya məzarlıqlarda arxeoloji işlərin davam etdirildiyi və ərazinin memarlıq baxımından turistlər üçün böyük maraq kəsb edəcəyi bildirilir.

Milli.Az