18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

15 Sentyabr 2021 10:54

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti  böyük ajiotaja səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb.

Məlumata görə, elə həmin günü şirkətin internet mağazasında geyim dəstlərinin hamısı alınıb. Dəstin qiymətinin 110 funt sterlinq (təqribən 258 manat) olduğu vurğulanıb.

Milli.Az