Bakıda birmərtəbəli ev yanıb

15 Sentyabr 2021 07:55

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az