Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - VİDEO - FOTO

15 Sentyabr 2021 07:45

Bakının Sabunçu rayonunda iki avtomaşın toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza Bakıxanov qəsəbəsində baş verib.

Sakit Qocayev küçəsində hərəkətdə olan "Lada Priora" markalı avtomobil əsas yola çıxan "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində ümumilikdə iki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Milli.Az