Bakıda kafedə gənc oğlan qətlə yetirilib - VİDEO - FOTO

15 Sentyabr 2021 07:35

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Abulov Zabit Hakim oğlu nalayiq ifadalərə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Z.Abulov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az