Şəkidə 4 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb

15 Sentyabr 2021 07:25

Şəkidə 4 yaşlı uşaq hasardan yıxılaraq ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Turan qəsəbəsində baş verib.

Ehtiyatsızlıq nəticəsində hasardan yıxılan 2017-ci il təvəllüdlü Fariz Bağırzadə ağır kəllə-beyin travması alıb. Azyaşlı təcili paytaxtdakı klinikaların birinə göndərilib.

Milli.Az