Türkiyə-Azərbaycan qardaşlığı əbədi yaşayacaq - Türkiyə Səfirliyi

14 Sentyabr 2021 23:53

"Bakının azad edilməsinin 103-cü ildönümündə Qafqaz İslam Ordusunun müzəffər komandiri Nuri Paşa başda olmaqla onun qəhrəman əsgərlərini, əziz şəhidlərimizi şükran və rəhmətlə anırıq".

Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin "Twitter" səhifəsində paylaşım edilib.

"Türkiyə-Azərbaycan qardaşlığı "Bir Millət, İki Dövlət" anlayışı ilə əbədi yaşayacaq", - deyə paylaşımda qeyd olunub.

Milli.Az