Yaqub Zurufçunun harada dəfn olunacağı sabah bilinəcək

14 Sentyabr 2021 22:39

"Dəfn yeri ilə bağlı dəqiq məlumatımız yoxdur, ancaq sabah bu barədə nəsə deyə bilərik".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Yaqub Zurufçunun baldızı Məlahət xanım deyib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, əməkdar artistin harda dəfn olunacağına ailəsi qərar verəcək.

Qeyd edək ki, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika"da koronavirusdan dünyasını dəyişib.

Milli.Az