Peyvənd əleyhinə hərəkatın lideri koronavirusdan öldü

14 Sentyabr 2021 17:54

İsraildə koronavirusa qarşı peyvəndləmə hərəkatının lideri Hay Şaulyan koronavirusa yoluxaraq ölüb. 

Milli.Az-ın lent.az-a istinadla verdiyi xəbərə görə, fəalın sosial şəbəkələrdə peyvənd əleyhinə şüarlar yayıb: "Heç bir epidemiya yoxdur - peyvənd təhlükəlidir və yararsızdır".

Şualyan virusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilib və oksigen aparatına qoşulub.

"Çıxarıb üç metr gəzsəm, huşumu itirərəm. Şiddətlə öskürürəm və özümü boğulmuş kimi hiss edirəm", - belə deyib.

Sonradan Yerusəlim polisinin onu zəhərləməyə çalışdığını, bu səbəbdən vəziyyətinin kəskin pisləşdiyini söyləyib. Başına bir şey gəlsə, bunun cinayətə cəhd kimi qiymətləndirilə biləcəyini xəbərdar edib.
Milli.Az