Maaşını ala bilməyən işçidən inanılmaz hərəkət - VİDEO

14 Sentyabr 2021 18:18

Şırnakdakı (Türkiyə) kömür mədənində çalışan işçi maaşını ala bilmədikdə qeyri-adi bir addım atıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, əsəbiləşən işçi ekskavatorla 5 yük maşınını yararsız hala salıb. Həmin anları iş yoldaşları mobil telefonla kameraya çəkiblər.

Hakan M adlı işçini yoldaşları güclə sakitləşdiriblər.

Kamran Seyidov
Milli.Az