Azərbaycan və İsrail arasında siyasi məsləhətləşmələr keçiriləcək
3 May 2010 13:08
Mayın 4-6-da baş tutacaq səfər çərçivəsində iki ölkə arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə İsrailin Azərbaycandakı səfirliyindən Trend-ə məlumat veriblər.
Səfər zamanı nazir müavini İsrail XİN-də bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə ediləcək.