Rusiyada daha 781 nəfər koronavirusdan ölüb

14 Sentyabr 2021 17:12

Rusiyada son sutka ərzində 17 837 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 176 085 nəfərə çatıb.

Son sutka ərzində 781 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 194 249 nəfərə çatıb.

Milli.Az