Serialdakı xəyanət səhnəsi tənqid edildi

14 Sentyabr 2021 17:18

Yeni mövsümün start götürməsi ilə Türkiyədə yayımlanan serialların tənqid olunması da başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə reytinqli seriallardan olan "Yasak elma"da davamlı olaraq xəyanət mövzusunun önə çıxması izləyicilər tərəfindən bəyənilməyib.

Ekran işinin baş rollarından "Yıldız"ın növbəti dəfə həyat yoldaşı tərəfindən xəyanətlə üzləşən qadın olması birmənalı qarşılanmayıb. Serialın şərh bölümünə "Yıldızı bu cür göstərməyi dayandırın" tipli tənqidlər yazılıb.  

Qeyd edək ki, ekran işində Yıldız obrazını Eda Ece canlandırır.

Bundan əvvəl, "Camdaki kız" serialı da tənqid olunmuşdu. Nur Sürerin canlandırdığı obrazın yeni ailə həyatı quran qızı ilə kürəkəninin münasibətinə qarışması birmənalı qarşılanmamışdı.

Milli.Az