Şeirlə kiməsə ürəyimi açmağı özümə yaraşdırmıram - VİDEO

14 Sentyabr 2021 15:54

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı qiraətçi Xəzər Süleymanlı olub.

Milli.Az xəbər verir ki, tanınmış qiraətçi şeirlə kiməsə ürəyini açmaq istəmədiyini etiraf edib:

"Məktəb vaxtı şeirlər yazırdım. Kimlərinsə partasına şeirlər yazmışam. O zamanlar uşaq idim. Özümü dərk edəndən sonra düşündüm ki, bundan istifadə etməyim. Şeirlə kiminsə ürəyinə yol tapmağı özümə yaraşdırmadım. Sanki, bu mənim ən güclü silahımdır və mən bundan istifadə edirəm. İstədim ki, ürəyimi açmaq istədiyim insan şair və şeir səsləndirən Xəzəri yox, onun arxasındakı Xəzəri kəşf etsin".

Milli.Az