67 yaşlı təqaüdçüyə təcavüz etdilər - Meyitini meşəyə atdılar - VİDEO

14 Sentyabr 2021 16:06

Moskva yaxnlığında 67 yaşlı təqaüdçüyə təcavüz edilib sonra da öldürülməsi iddiası əsasında miqrantlar saxlanılıb.

Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, onlar iki nəfər olub. Cinayət törətməkdə şübhəli bilinən şəxslərin qonşu dövlətlərdən Rusiyaya gələn 1988 və 1984-cü il təvəllüdlü şəxslər olduğu ortaya çıxıb. Hüquq-mühafizə orqanları miqrantların Rusiyada qalmasının qanuniliyini də yoxlayacaq. Bundan əlavə, müstəntiqlər miqrantların törətdiyi digər oxşar cinayətlərlə bağlı mətbuatda gedən xəbərləri tədqiq edəcəklər. 67 yaşlı təqaüdçünün cəsədi meşədə tapılıb. Cəsəd şiddətli ölüm əlamətləri göstərir. Faktla bağlı cinayət işi başlanıb.

Kamran Seyidov
Milli.Az