17 yaşlı sərxoş vəziyyətdə maşını idarə etdi - On yaşlının ölümünə səbəb oldu

14 Sentyabr 2021 18:12

Çitada avtomobili sərxoş vəziyyətdə idarə edən 17 yaşlı yeniyetmə on yaşlı məktəbli qızın ölümünə səbəb olub.

Milli.Az rus xəbər agentliklərinə istinadən xəbər verir ki, VAZ-21061 sürücüsü qarşı zolağa çıxaraq Nissan və Toyota avtomobilləri ilə toqquşub. Hadisə nəticəsində avtomobillərdən birində on yaşlı məktəbli qız ölüb, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yeniyetməni 12 ilə qədər həbs cəzası gözləyir.

Kamran Seyidov
Milli.Az