Bakıda “QAZel” yeddi yaşlı uşağı vurub

14 Sentyabr 2021 23:31

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

"QAZel" markalı avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əliyeva Nəzrin Qalib qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş, üz və bədənin digər nahiyələrinin çoxsaylı sıyrılmış yaraları diaqnozu qoyulub.

Milli.Az