Bakıda tarixi binalar qorunacaq - VİDEO

14 Sentyabr 2021 15:18

700-dən çox bina və fasadın fotosu çəkilib, 50 elektron təsvir yaradılıb

Milli.Az Real TV-yə istinadən bildirir ki, tarixi binaların fasadları onlara asılmış reklamın altında yox olurdu. Bundan əlavə, müxtəlif ticarət obyektlərinin reklam lövhələrinin tez-tez dəyişdirilməsi binaların divarlarına vurulan bağlayıcılar səbəbindən onlara əhəmiyyətli zərər verir.

Memar, əsas diqqətin şəhərin mərkəzindəki tarixi binaların fasadlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldiyini qeyd etdi. Artıq 700 -dən çox bina və fasadın fotoşəkili çəkilib. Həmçinin, bəzi memarlıq abidələrinin fiziki ölçüləri əsasında xüsusi əhəmiyyət kəsb edən 50 -dən çox binanın dəqiq elektron təsvirləri yaradılıb/.

Qeyd edək ki, yekun nəticələr əldə edildikdən sonra görülən işlər barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Milli.Az