Dəmir alətlə təcavüz olunan qadın həyatını itirdi - Həbs olnan şəxsi hansı cəza gözləyir?

14 Sentyabr 2021 14:00

Hindistanda zorlandıqdan sonra özünə gəlməyən, ağır bədən xəsarəti yetirilən 34 yaşlı qadın müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, Mumbai polis rəisi Hemant Nagrale mətbuat konfransında 34 yaşlı qadının Sakinaka rayonundakı mikroavtobusda huşsuz vəziyyətdə aşkar olunduğunu söyləyib. Qadına dəmir çubuqla təcavüz edildiyi iddia edilib. Nagrale tutulan şəxsin günahı sübuta yetiriləcəyi təqdirdə edam cəzası ilə üzləşə biləcəyini söyləyib. Qeyd edək ki, Hindistanda oxşar hadisələr tez-tez baş verir.

Kamran Seyidov
Milli.Az