Müğənni Səyyad Əlizadənin SON VƏZİYYƏTİ...

14 Sentyabr 2021 10:00

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadədən xəbər var.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən ifaçının kürəkəni bildirib ki, S.Əlizadənin vəziyyəti yaxşı deyil:

"Dünəndən reanimasiyadadır. Vəziyyəti sabit ağırdır. Süni nəfəs aparatına qoşulub. Ümid Allahadır". 

Qeyd edək ki, S.Əlizadə Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az