Merkel: Bu ölkələrin AB üzvlüyü marağımızdadır

14 Sentyabr 2021 12:24

Qərbi Balkan ölkələrinin Avropa Birliyi üzvlüyü məsələsi birliyin böyük geostrateji marağındadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Serbiyada səfərdə olan Almaniya kansleri Angela Merkel deyib.

"Bilirik ki, prosesin (avrointeqrasiya - red.) ləng getməsi və Avropa tərəfinin yeni tələblər düşünməsi ilə bağlı fikirlər var. Lakin bir sıra nəticələr və irəliləyişlər görürük. Qərbi Balkan ölkələrinin AB-yə üzvlüyü ittifaqın böyük maraqları çərçivəsindədir", - deyə Merkel bildirib.

Milli.Az