Messinin gedişi bizi şoka saldı - Buskets

14 Sentyabr 2021 11:54

Messinin gedişi komandanı və məni şok vəziyyətinə saldı. Bu şərtləri həzm etmək çətindir, amma indi düşüncəmizi dəyişdirməliyik.

Milli.Az xəbər verir ki, bunu "Barselona"nın futbolçusu Serji Buskets deyib.

"Artıq bunu edirik və Leo və onunla əlaqəli hər şey olmadan oynamağa alışmalıyıq. Bir komanda olaraq oynamağımız çox vacibdir. Leonun və onun fərdi istedadının olmadığını bilirik, amma bunun öhdəsindən gəlməliyik", - Buskets qeyd edib.

Milli.Az