Əfqanıstanda 150-dən çox KİV-in fəaliyyəti dayandırıldı

14 Sentyabr 2021 11:12

Əfqanıstanın 20 vilayətində fəaliyyət göstərən 150-dən çox kütləvi informasiya vasitəsi (KİV) Talibanın hakimiyyətə gəlişindən sonra fəaliyyətini dayandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tolonyus" məlumat yayıb.

Bildirilib ki, bu siyahıya radiostansiya, çap nəşri və telekanallar da daxildir.

Media qurumlarının bağlanılmasına səbəb kimi Taliban əleyhinə fəaliyyət aparmaları, iqtisadi problemlər göstərilib.

Bağlanan KİV orqanlarının sayının artacağı istisna edilmir.

Milli.Az