Sevgilisindən 11 yaş böyük olması müzakirələrə səbəb oldu

14 Sentyabr 2021 11:18

Türkiyəli aktrisa İrem Sakın basketbolçu sevgilisi Furkan Korkmazın özündən 11 yaş kiçik olması sosial şəbəkədə müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bəzi izləyicilər yaş fərqinin önəmli olmadığını bildirsələr də, digərləri bununla razılaşmayıblar.

Şərh bildirənlər arasında müğənni Demet Akalın da yer alıb. O, aktrisanı tənqid edənlərə sərt reaksiya verib:

"Kişilərin sevgilisi yaşca kiçik olanda "playboy" olur. Yaş fərqi xanımlarda olanda ayıb olur. İnanılmazsınız. Gedib qızı yaşındakılar ilə sevgilisi olan məşhurlardan danışın. Qınayıram".

Milli.Az