Ayrılıq xəbərlərinə Nəsiminin şeiriylə cavab verdi - FOTO

14 Sentyabr 2021 12:30

Xəbər verdiyimiz kimi, bu gün azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin türkiyəli sevgilisi Gökhan Alkanla münaqişə edərək ayrıldığı iddia olunmuşdu.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor fotosunu paylaşaraq İmaməddin Nəsiminin şeiriylə ayrılıq xəbərlərini yalanlayıb:

"Dedilər ki: Ya Nəsimi, yarın ilə xoşmusan?

Xoş olayım, olmayayım, yar mənimdir, kimə nə?".

Qeyd edək ki, bir müddət əvvəl nişanlanan cütlük sosial şəbəkələrdə də biri-birini izləyir və birgə fotoları da səhifələrindədir.

Milli.Az