Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

14 Sentyabr 2021 13:12

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığı bildirilir.

Pitbul iki nəfərin müdaxiləsindən sonra ram edilərək saxlanıldığı yerə aparılıb.

Milli.Az