Əfqanıstan Rusiya və Türkiyədən aviareysləri qəbul edəcək

14 Sentyabr 2021 10:36

Tezliklə Əfqanıstan Kabil hava limanda Rusiya və Türkiyədən təyyarələri qəbul edəcək. Bu barədə mülki aviasiya departamentinin direktoru Maulavi Abdul Hadi Hamdar bəyan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "son bir neçə gündə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qətər və Pakistandan uçuşlarımız olub, tezliklə Rusiya və Türkiyəyə reyslərə başlayacağıq", - deyə Hamdar bildirib.

Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" sentyabrın 9 -dan respublikanın hava məkanını xarici təyyarələr üçün açıb.

Milli.Az