Yük maşını körpüdən çaya düşüb: Ölən var

14 Sentyabr 2021 10:06

Rusiyanın İrkutsk vilayətinin Ust-Kutski rayonunda yük maşını və minik avtomobili körpüdən aşaraq çaya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində yük maşınının sürücüsü yerindəcə ölüb.

Qeyd olunur ki, yük avtomobili əvvəl yol kənarında quraşdırılmış hasara çırpılıb, daha sonra isə maşın çaya düşüb.

Ardınca isə həmən yerdə minik avtomobili çaya yuvarlanıb. Lakin bu səfər sürücü qəzadan sağ çıxa bilib.

Milli.Az