“Taliban”ın dinc əhaliyə qarşı zorakılıq görüntüləri yayılıb - VİDEO

14 Sentyabr 2021 12:06

"Taliban" hərəkatı üzvlərinin Əfqanıstanda dinc əhaliyə qarşı zorakılığına dair yeni video yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə müvafiq görüntüləri yayan əfqanlar talibləri qanunsuzluqda və özbaşınalıqda ittiham ediblər.

Videoda "Taliban"çıların Kabildə yaşayan, lakin əslən üsyançı Pəncşir vilayətindən olan gəncləri avtomobillərin yük hissəsinə salaraq, naməlum istiqamətdə aparması əks olunub.

Baş verənlərə dair, hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

Milli.Az