Gəncədə piyadanı maşın vurub öldürüb

14 Sentyabr 2021 08:18

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Onun kimliyi dəqiqləşdirilir. İlkin məlumata görə, piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az