İsraildən Yunanıstana gedən təyyarə dənizə düşdü - Ölənlər var

14 Sentyabr 2021 08:43

İsraildən havaya qalxan təyyarə Yunanıstanda qəzaya uğrayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Cessna 172" təlim təyyarəsi Sisam adasına gələrkən, Potokaiki Pitaqoriou yaxınlığında dənizə düşüb.

Nəticədə, iki nəfər ölüb. Onların meyitləri dənizdən çıxarılıb.

Milli.Az