Norveçdə parlament seçkilərində sol müxalifət qalib gəlib

14 Sentyabr 2021 08:23

Norveçdə keçirilən parlament seçkilərində Yonas Qara Sterenin başçılıq etdiyi İşçi Partiyası qalıb gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə səslərin 97 faizinin hesablanması nəticəsində bildirilib.

Norveçin hazırkı Baş naziri Erne Solberq ölkəni 8 il idarə edən Mühafizəkarlar Partiyasının məğlubiyyətini etiraf edərək rəqibi qələbə münasibətilə təbrik edib.

Parlamentdəki 169 yerdən 104 -nü 5 müxalifət partiyasının alacağı gözlənilir ki, bunların da 88-i İşçi Partiyası alacaq.

Milli.Az