Şanxayda "Çantu" tayfunu səbəbindən 330 mindən çox insan təxliyə edilib

13 Sentyabr 2021 23:55

Şanxay hakimiyyəti bu mövsüm 14 -cü olan "Çantu" tayfunu səbəbindən şəhərin potensial təhlükəli sahil bölgələrindən təxminən 331 min insanı təxliyə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli Pengpai informasiya resursu təbii fəlakətin mənfi nəticələrinin qarşısını almaq üçün operativ qərargaha istinadən bildirib.

Hazırda güclü tayfun kimi hesab olunan "Çantu" nun mərkəzi hissəsində küləyin sürəti təxminən 42 m/s-dir. Tropik siklon hazırda Şanxaydan təxminən 117 km şərqdə yerləşir və təxminən 5 km/saat sürətlə şimala doğru hərəkət etməyə davam edir.

Milli.Az