ABŞ-da yaşayış binasında yanğın zamanı 3 uşaq olmaqla 5 nəfər ölüb

13 Sentyabr 2021 23:50

Bu gün ABŞ-ın Ohayo ştatının Akron şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ştatın Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Yaralıların kimliyi məlum olmasa da, hamısının yaxın qohumlar olduğu bildirilir.

Məhkəmə-tibbi ekspertizanın məlumatına görə, ölənlərdən 3 nəfəri uşaqdır.

Milli.Az