30 yaşlı qadın itkin düşüb - FOTO

13 Sentyabr 2021 23:45

İmişli rayonu Məzrəli kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova Südabə Rövşən qızı itkin düşüb.

Milli.Az bildirir ki, yaxınlarının "qafqazinfo"ya verdiyi məlumata görə, o, 9 sentyabr tarixində təxminən saat 06:00 -07:00 radələrində naməlum istiqamətə evdən çıxıb, geri dönməyib. 

Məlumata görə, 30 yaşlı qadın ruhi xəstədir, psixoloji müalicə alır. 

Məlumatı olanlardan hüquq-mühafizə orqanlarına və ya aşağıdakı əlaqə telefonlarına məlumat vermələri xaiş olunur:

050-688-25-82
051-333-08-74

Milli.Az