Gəncədə idarəetmədən çıxan avtomobil bazarın 2 mühafizəçisini vurub - FOTO

13 Sentyabr 2021 23:34

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin "Təzə Bazar" adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bazarın 2 mühafizəçisini vuraraq onlara xəsarət yetirib.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az