19 yaşlı ana doğuş zamanı öldü

13 Sentyabr 2021 21:50

Cəlilabadda qadın doğuş zamanı ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. 

İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az