Çin Əfqanıstana 3 milyon doza COVID-19 peyvəndi göndərəcək

13 Sentyabr 2021 21:35

Çin hökuməti Əfqanıstana 200 milyon yuan (təxminən 31 milyon dollar) ərzaq və dərman yardımı, həmçinin 3 milyon doza COVID-19 peyvəndi göndərəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana yardım üzrə nazirlər toplantısında Çin Xalq Respublikasının Cenevrədəki BMT ofisində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Çen Süy bildirib.

Daimi nümayəndə qeyd edib: "Çin tərəfi Əfqanıstanı ən qısa zamanda 200 milyon yuan dəyərində ərzaq, tibbi ləvazimatlar, peyvəndlər və ən zəruri ehtiyaclarla təmin etmək qərarına gəlib. Əfqanıstan tərəfinə ilk 3 milyon COVID-19 peyvəndini də göndərəcəyik. Və tezliklə Əfqanıstana əlavə yardım çatdıracağıq".

Milli.Az