Frederik Star “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

13 Sentyabr 2021 18:09

Prezident İlham Əliyev Frederik Starın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi və elmi əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Frederik Star "Dostluq" ordeni ilə təltif edilib.

Milli.Az