"Qatığı heç bir yeməyə qarışdırıb yemək olmaz" - Məşhur həkim səbəbi AÇIQLADI

26 Sentyabr 2021 22:44

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir.

Milli.Az xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib.

"Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verən mədə turşuluğu və öddür. Qatıq da bunları yuyub aparır,həzm üçün heç nə qalmır. Yedikləriniz, xüsusən ət bağırsaqlarda kiloqramlarla daş yaradacaq. Bu da insanın sinir sistemini, immunitetini qıcıqlandıracaq. Hər hansı göyərti, pencər, yeməyin üzərinə sarımsaq əlavə etmək om dadı almaq istəyirsizsə, sarımsağı əzib bir az suda həll edib qatıb yeyə bilərsiz. Eyni dad olacaq, amma qatıqsız.

Qatıq faydalıdır. Bir günün təzə, saf ev qatığını isə hər axşam ayrıca bir kasa yemək lazımdır. Market, mağazadan alınma, 2-3 gün qalma qatıq yaramır. Qatıq bir gecə qalan kimi insana köp verir". /medicina.az

Milli.Az