Lənkəranda iki maşın toqquşdu, yaralılar var
3 May 2010 13:02
Milli.Az xəbər portalı Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən xəbər verir ki, qəza nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücülər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisə yerinə gələn xilasedicilər yanacaq-sürtgü materiallarının ətrafa dağılması nəticəsində baş verə biləcək təhlükənin qarşısının alınması məqsədi ilə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Milli.Az