Səyyad Əlizadənin son vəziyyəti açıqlandı

13 Sentyabr 2021 17:06

Bir neçə saat əvvəl məşhur müğənni, xalq mahnıları və estrada ifaçısı Səyyad Əlizadə Zığ qəsəbəsində koronavirus xəstələri üçün nəzərdə tutulan modul tipli xəstəxanaya yerləşdirilib.

Bunu Trend-ə müğənninin qardaşı Səccad Əlizadə deyib.

O bildirib ki, Səyyad Əlizadə 10 gün ərzində xəstə olub: "Bu gün onun vəziyyəti kəskin pisləşib və xəstəxanaya yerləşdirilib. O, hazırda süni nəfəs aparatına qoşulub. Həkimlər analiz götürüb, müalicə aparılır".

Milli.Az