BMT Əfqanıstana 20 milyon dollar yardım ayıracaq

13 Sentyabr 2021 19:42

BMT-nin Fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi fondu Əfqanıstanda humanitar əməliyyatlara dəstək üçün 20 milyon dollar vəsait ayıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterriş Cenevrədə donorlar konfransının iştirakçılarına müraciətində deyib.

O bildirib ki, konfransın hədəfi növbəti dörd ay ərzində humanitar məqsədlər üçün 600 milyon dollardan çox vəsait toplamaqdır.

BMT baş katibi bildirib ki, maddi yardımla yanaşı, həm də Əfqanıstanın müxtəlif hissələrində humanitar işçilərin fəaliyyət göstərməsi lazımdır və bunun üçün Kabil beynəlxalq hava limanının işi bərpa olunmalıdır.

O əlavə edib ki, BMT-nin Humanitar hava daşımaları xidməti avqust ayından etibarən Pakistandan Qəndəhar, Məzari-Şərif və Herata uçuşlar təşkil edib.

Milli.Az