1964-cü ilin avtomobilinə 70 min manat xərc qoydu - Görənləri təəccübləndirir - VİDEO - FOTO

14 Sentyabr 2021 03:33

Zonguldağda (Türkiyə) avtomobil ustası işləyən Kadir Dalkoz Almaniyada yaşayan qardaşı oğlunun ona alıb göndərdiyi 1964-cü il model mikroavtobus üzərində 3 il ərzində çalışaraq orijinal görünüşünə qaytarıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 350 min lirəyə (70 min manat) başa gələn mikroavtobusun son versiyasını görənlər gözlərinə inanmır. 44 ildir avtomobil təmiri ilə məşğul olan Kadir Dalkoz belə avtomobillərin nadir və dəyərli olduğunu vurğulayıb.

Kamran Seyidov
Milli.Az