Yaqub Zurufçunun son vəziyyəti necədir? - Yeni Klinikadan AÇIQLAMA

13 Sentyabr 2021 14:51

Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.

"Yeni Klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Milli.Az-a bildirib ki, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır.

Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb.

Milli.Az