Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

13 Sentyabr 2021 14:16

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

Milli.Az