Bakıda yaşayış binası hər an uça bilər - Sakinlər narahatdır - VİDEO

13 Sentyabr 2021 14:42

Bakıda yaşayış binasının fasadında iri çatlar yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, iri çatlar mənzillərdə də var.

Söhbət paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsindən gedir. Zığ şossesi 39 ünvanında olan köhnə beşmərtəbəli binada sakinlər təhlükə ilə üz-üzədirlər. Onlar iddia edirlər ki, binada iri çatlar hər keçən gün daha da artır.

Ərazi sürüşməyə meylli olduğundan  payız-qış  aylarında yağışdan sonra mənzillərdə çatlar daha da böyüyür. Hətta binanın üzlük daşları da tökülməyə başlayıb.

Sakinlər deyirlər ki, dəfələrlə problem ilə bağlı Rayon İcra Hakimiyyətinə həm yazılı, həm də şifahi olaraq bildiriblər. Amma heç bir nəticəsi yoxdur.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, həmin qəzalı bina ilə bağlı Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilib. Onların verəcəyi qərar əsasında binada müvafiq işlərə başlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az