İstanbulun mərkəzində V əsrə aid olan tikili tapıldı - VİDEO

13 Sentyabr 2021 14:30

İstanbulun mərkəzi yerlərindən olan Şişli rayonunda aparılan qazıntı işləri zamanı V əsrə aid tikili tapılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yerin 1 metr 20 santimetr dərinliyində tapılan qalıqlar arxeoloqlar tərəfindən araşdırılıb. Altı metr yüksəkliyi, iki metr qalınlığı olan bu tikilinin böyük ehtimalla Bizans dövrünə aid "Haliç divarları"nın bir hissəsi olduğu müəyyən edilib.

Tikilinin restovrasiya ediləcəyi bildirilir.

Milli.Az