Bakı qəsəbəsində acınacaqlı mənzərə - Burada nə yol var, nə də içməyə su - VİDEO

13 Sentyabr 2021 15:54

Binə qəsəbəsinin sakinləri yaşadıqları ərazidə ciddi sosial-kommunal problemlərlə üz-üzə qalıblar. Burda ünvan tapmaq demək olar ki, mümkünsüzdür. Yollar asfaltlanmayıb, içməli su məsələsi isə öz həllini heç cür tapmır.

Onlar şikayətlərini bizə yazılı olaraq çatdırmışdılar, "XəzərXəbər" gedib mənzərəni görüb. Deyilən ünvana gəlib çatmaq saatlarla vaxtımızı aldı. Çəkiliş əsnasında isə məlum oldu ki, bizim avtomobillə gəlməkdə çətinlik çəkdiyimiz bu torpaq yolu sakinlər hər gün piyada gəlib-gedirlər.  

Sakinlərin sözlərinə görə, ən çox əziyyəti məktəblilər çəkirlər: 

"Yola dözmək olar, bir də gəlin suyumuza baxın". Xanəli İsmayılovun məcbur olub həyətində qazdırdığı quyunun suyu nəinki içməyə, heç paltar və qab yumağa belə yaramır. 

Burada sakinlərin 1 tonunu 8 manata aldıqları su da içmək üçün yararlı deyil: 

Su problemi ilə bağlı "Azərsu" ACS-dən bildirdilər ki, məsələ onların da diqqətindədir: 

Yol problemi ilə bağlı Binə Bələdiyyəsinin sədri Habil Həmidov bildirdi ki, qəsəbədə əsaslı təmirə ehtiyacı olan yolların yenidən qurulması ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub. Hələlik isə həmin yollar müvəqqəti olaraq çınqılla döşənəcək.

Milli.Az