Gecənin ən diqqətçəkən simaları - FOTOlar

13 Sentyabr 2021 13:52

Ötən gün Nyu-Yorkda "MTV video musiqi mükafatı 2021" baş tutub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məşhurlar pandemiyadan əvvəl olduğu kimi uzun aradan sonra qırmızı xalça üzərində fotoqraflara poz verib. Gecədə ən diqqət çəkən simalar arasında model Meqan Foks və sevgilisi repçi Kolson Beyker olub.

Meqanın mərasim üçün seçdiyi orijinal şəffaf geyimi diqqətləri üzərinə cəlb edib. Kolson isə "Dolce & Gabbana"dan olan qırmızı kostyuma üstünlük verib.

Gecədə Peris Hilton, Cennifer Lopez, Rita Ora, Ed Şeran, Trevis Skott, Olivoya Radriqo kimi ulduzlar da iştirak edib.

Milli.Az